“Həyatımın ən yaxşı gecələrindən birini keçirdim” – “Liverpul”un futbolçusu
“Liverpul”un yarımmüdafiəçisi Kertis Cons İngiltərə Premyer Liqasının 36-cı turunun “Lester”lə matçından sonra (3:0) açıqlama verib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “tülkülər”lə oyunda dubla imza atan Cons qol vuraraq “Liverpul”a kömək etdiyini söyləyib:
“Şübhəsiz ki, həyatımın ən yaxşı gecələrindən birini keçirdim. Topa sahiq olmaqda üstün tərəf biz idik. İki qol vurdum, üç xal qazandıq. Eyni ruhda davam etməliyik. Səhhətimlə bağlı problemlər yaşadım, lakin artıq komandaya qayıtmışam. Qollar vuraraq komandama kömək edirəm”.
Mersisayd təmsilçisi hazırda İngiltərə çempionatının turnir cədvəlində 65 xalla 5-ci, “Lester” isə 30 xalla 19-cu pillədə yer alır.
Kertis cari mövsümdə “Liverpul”un heyətində bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin