İki qol vurdu, La Liqanın tarixinə keçdi
“Barselona” İspaniya La Liqasının 22-ci turu çərçivəsində “Levante”yə 2:1 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, Kataloniya klubunun hər iki qolunun müəllifi olan Ansu Fati La Liqanın tarixinə düşüb. Belə ki, 17 yaş 94 günlük olan hücumçu çempionatda dubl edən ən gənc futbolçu olub. Bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəlki rekord hazırda “Betis”in formasını geyinən Xuanmi Ximenesə aid idi. Futbolçu “Malaqa”nın heyətində 17 yaş 115 günlüyündə, “Real Sosyedad”la oyunda iki dəfə fərqlənmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin