İki qapıçısı “qırmızı” aldı, penaltilərlə mərhələ adladı – video

Futbol üzrə Türkiyə kubokunun 4-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Hatayspor” – “Eyüpspor” matçında futbol tarixində çox az rast gəlinən bir hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, bu görüşdə meydan sahiblərinin hər iki qapıçısı qırmızı vərəqə alaraq meydandan qovulub.

“Hatayspor”un əsas qapıçısı Abdullah Yigiter 90+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Komanda əsas vaxtda 5 əvəzetmə hüququnun hamısından istifadə etdiyi üçün hücumçu Mame Diuf qapını qoruyub.

Əlavə vaxtda ehtiyat dəyişiklik hüququndan istifadə edən “Hatayspor” ikinci qapıçı Yavuz Buğra Boyarı oyuna daxil edib. Ancaq o da 120+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb və yenidən Mame Diuf əlcək geyinmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, penaltilər seriyasında ilk zərbəni məhz Diuf yerinə yetirib və dəqiq olub. Daha sonra o, yenidən qapını qoruyub. Yekunda “Hatayspor” penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək mərhələ adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button