“İki matçda altı xalı asanlıqla qazanmayacağımızı bilirdik” – “Neftçi”nin legioneri

Monteneqro millisində çıxış edən “Neftçi”nin futbolçusu Edvin Kuç açıqlama verib.

Komanda.az “vijesti.me” nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Farer adalarına qalib gəldikləri (1:0) matçın 90+6-cı dəqiqəsində qələbə qolunu vurması ilə bağlı fikilərini bölüşüb:

“Kənardan hücum etməyi xoşlayıram. Həmin vaxt ya hər şey, ya da heç nə düşüncəsi ilə getdim. Karyeramın ən yaxşı anlarından biri idi. Əvvəlki günlər bizim üçün bir az çətin keçdi. Psixoloji və fiziki cəhətdən yorğun idik. Meydan da bizə çətinlik yaradırdı. İki matçda altı xalı asanlıqla qazanmayacağımızı bilirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button