İki komanda Azərbaycan çempionatından kənarlaşdırılıb

AFFA İntizam Komitəsi U-10 və U-12 Liqasında çıxış edən Bərdənin “Pambıqçı” komandalarını yarışlardan kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, hər iki komanda son oyunlarda təyin olunan vaxtda meydanda olmadıqları üçün bu halla üzləşiblər.

Onlar müvafiq olaraq Tərtərin “Ramal” və Zərdab təmsilçisi “Məhsul”la nəzərdə tutulan görüşdə iştirak etməyiblər.

Hər ikisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal cari mövsümdə üçüncü dəfə yaşandığından, “Pambıqçı”nın komandaları çempionatdan uzaqlaşdırılıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button