İki klub qarşı çıxdı – “Liverpul”un çempion elan olunmasına
İngiltərə Premyer Liqasının koronavirus pandemiyası səbəbiylə dayandırıldığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, qərar qəbul olunduqdan sonra klublar arasında fikir ayrılığı yaşanıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Premyer Liqa klublarının əksəriyyəti vəziyyətin düzəlməsindən sonra mövsümün davam etdirilməsinə razı olsalar da, iki klub buna qarşı çıxıb. “Tottenhem” və “Vest Hem” klubları cari mövsümün nəticələrinin ləğv edilməsini və çempionatın birdəfəlik dayandırılmasını tələb edib.
Bundan başqa, sözügedən iki klub istisna olmaqla, bütün digər komandalar vəziyyətdən asılı olaraq mövsümün davam etdirilməyəcəyi təqdirdə, turnir cədvəlinin hazırkı vəziyyətinə görə çempionun və digər yerlərin müəyyənləşməsini istəyiblər.
Premyer Liqanın turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir. Mersisayd klubunun çempionluğu rəsmiləşdirmək üçün 2 oyunda qalib gəlməyə ehtiyacı var. Premyer Liqa oyunları aprelin dördünə kimi təxirə salınıb.
Bizi Facebook-da izləyin