“İki işi icra etmək mənim üçün çətin olmayacaq” – Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Araz-Naxçıvan”a qarşı Azərbaycan Premyer Liqasının 27-ci turunun oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan qarşılaşmanı şərh edib:

“Qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bilirdik. Çünki rəqib komanda qarşısına avrokuboklara düşmək məqsədi qoyub. Çempionatın sonlarına yaxınlaşdıqca hər oyun finala bərabər olur. Azarkeşlərimizə də öz təşəkkürümü bildirmək istəyirəm. Bu gün stadionda bizi tək qoymamışdılar. Artıq onlar bizim səfər görüşlərimizə də gəlirlər. Bu, olduqca sevindirici haldır.

Futbolçularımı 1 xal qazanmaqları münasibəti ilə təbrik edirəm. Sonuncu dəfə “Neftçi” komandasına qarşı təbii ot örtüklü meydanda futbol oynamışdıq. Ondan sonra ardıcıl suni ot örtüklü meydanda görüşlər keçirməyə başladıq. Bu səbəbdən matçın ilk hissəsində futbolçularımız ağır tərzdə oynamağa məcbur oldular. Lakin ilk hissədə real qol vəziyyətini biz yaratdıq, lakin istifadə edə bilmədik. İkinci yarıda komandamdan lap razı qaldım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button