İki il yarımdan sonra milliyə çağırıldı
Stefan El Şaaravi İtaliya millisinə çağırılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma”nın hücumçusu qanunsuz mərcdə şübhəli bilinən “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali və “Aston Villa”nın vingeri Nikolo Zaniolonun əvəzinə İtaliya millisinə dəvət alıb.
El Şaaravi iki il yarımdır ki, İtaliya millisində oynamır.
İtalyanlar oktyabrın 14-də Maltanı qəbul edəcək, 17-də isə səfərdə İngiltərə millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin