
İki futbolçu “Mançester Yunayted”i tərk edə bilər – Qışda
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu və hücumçusu Coşua Zirkze yanvar transfer pəncərəsində klubdan ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Hər iki futbolçu müntəzəm oyun təcrübəsinin olmaması səbəbindən klubunu dəyişmək istəyə bilər və “Mançester Yunayted” buna hazırdır.
Maiunu cari mövsümdə Premyer Liqada 7 oyunda iştirak edib, Zirkze isə 4 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



