İki, bəlkə də, üç il daha futbol oynayacam – Riberi

Cari mövsümün sonunda “Bavariya” ilə müqaviləsi başa çatacaq Frank Riberi gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı vinger iki və ya üç il daha oynamaq istədiyini bildirib:

“6 ayım qalıb, sonra nələr olacağını görəcəyik. Futbol oynamağa davam etmək istəyirəm. Bu, “Bavariya”da, yaxud başqa komandada ola bilər. İki, bəlkə də, üç il daha futbol oynayacam. Hazırda özümü yaxşı və formada hiss edirəm”.

Fransalı futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində çıxış etdiyi 22 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button