İkardinin xəstəxanada olan həyat yoldaşının durumu açıqlanıb

Türkiyə “Qalatasaray”ına transferi gözlənilən argentinalı hücumçu Mauro İkardinin həyat yoldaşı və agenti olan Vanda Naranın səhhəti ilə bağlı açıqlama verilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Buenos-Ayresdə xəstəxanaya yerləşdirilib. 36 yaşlı modelə leykoz diaqnozu qoyulub.

İkardi Vandanın İtaliyada müalicə olunmasını istəyir.

İkardi və Nara 2014-cü ildən evlidirlər. Cütlüyün Françeska və İzabella adlı iki qız övladı var.

Bu həftə onların boşanacağı haqda xəbər yayılmışdı. Buna səbəb isə Vandanın “Spartak”ın futbolçusu Keyta Balde ilə yaxın münasibəti olub.

Dünən Vandanın şiddətli qarın ağrısı səbəbindən xəstəxanaya aparıldığı haqda xəbər vermişdik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button