İkardinin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
Türkiyənin “Qalatasaray” klubuna transferi gözlənilən argentinalı hücumçu Mauro İkardinin həyat yoldaşı və meneceri olan Vanda Nara ötən gecə xəstəxanaya yerləşdirilib.
Komanda.az xəbər verir ki, Nara şiddətli qarın ağrısı səbəbindən xəstəxanaya aparılıb.
İkardi ötən mövsüm icarə əsasında “Qalatasaray”da çıxış edib. İstanbul klubu onu Fransa PSJ-sindən birdəfəlik transfer etməyə çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin