“Qalatasaray” PSJ ilə razılığa gəlib – İkardiyə görə
PSJ-in hücumçusu Mauro İkardinin hələ də Türkiyə klubuna keçmə şansı var.
Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, “Qalatasaray” 29 yaşlı futbolçunu icarəyə götürmək üçün razılığa gəlib. Argentinalının Türkiyə klubuna transferi çərşənbə günü rəsmiləşməlidir. Yayılan xəbərlərə görə, İkardinin maaşının böyük hissəsini PSJ ödəyəcək.
Hücumçu 2019-cu ildə icarə əsasında “İnter”dən PSJ-yə keçib, bir il sonra isə 50 milyon avroya alınıb.
İkardi bu mövsüm PSJ-in heyətində oyuna çıxmayıb. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Türkiyədə transfer pəncərəsi sentyabrın 8-də bağlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin