
İkardi İtaliyanın 3 klubunun “radar”ında
PSJ-nin hücumçusu Mauro İkardi karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Napoli”, “Milan” və “Roma” argentinalı futbolçunun xidmətində maraqlıdır.
İkardi PSJ-də az şans qazanır və onun başqa kluba keçəcəyi ehtimal olunur.
29 yaşlı futbolçu PSJ-dən əvvəl İtaliyada “İnter”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin