İkardi üçün İtaliya variantı
Mauro İkardi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat verib. Argentinalı futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır. 30 yaşlı hücumçu hazırda “Qalatasaray”da çıxış edir.
Türkiyə klubu İkardini 2022-ci ilin yayında icarəyə götürüb. Futbolçunun hüquqları PSJ-yə məxsusdur və müqaviləsi 2023/2024 mövsümünün sonuna qədər qüvvədədir.
Yaxınlarda mətbuatda İkardinin karyerasını İtaliyada davam etdirmək üçün bir neçə variantının olduğu barədə məlumatlar yer almışdı.
İkardi bu mövsüm “Qalatasaray”ın heyətində Türkiyə çempionatında 16 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin