İkardi “Qalatasaray”a keçməyə razıdır, amma…
PSJ-nin hücumçusu Mauro İkardi karyerasını “Qalatasaray”da davam etdirmək istəyir, lakin onun transferində çətinliklər yaranıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, PSJ və “Qalatasaray” futbolçunun icarə şərtləri ilə bağlı razılığa gələ bilmir. Artıq İkardinin özü də transferə razılıq verib.
Türkiyənin “Fənərbaxça” klubu da argentinalı forvardın ətrafında vəziyyəti izləyir, amma futbolçunun “Qalatasaray”a keçmə ehtimalı böyükdür.
İkardi bu mövsüm parislilərin heyətində bir dənə də olsun matça çıxmayıb. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Türkiyədə transfer pəncərəsi sentyabrın 8-də bağlanacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin