İkardi PSJ-yə qayıtmaq istəmir
“Qalatasaray”da icarə əsasında çıxış edən PSJ-nin argentinalı hücumçusu Mauro İkardi karyerasını Türkiyə klubunda davam etdirmək istədiyini bildirib.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, İkardi Türkiyədə ona marağın daha çox olduğunu deyib:
“Mən həqiqətən İstanbulda qalmaq istəyirəm. PSJ-də dünyanın ən yaxşı oyunçuları ilə oynamışam. Amma özüm haqqında heç nə eşitməmişəm. Burada isə mənimlə daha çox maraqlanırlar”.
30 yaşlı İkardinin PSJ ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir. Futbolçu bu mövsüm “Qalatasaray”ın heyətində 17 oyuna çıxıb, 10 qol vurub, 7 məhsuldar ötürmə edib. Klublar arasındakı razılaşmada argentinalı hücumçunu almaq variantı yoxdur.
“Transfermarkt” portalı İkardini 18 milyon avroya qiymətləndirir.
Bizi Facebook-da izləyin