
Argentinaya qayıtmaq fikri yoxdur
PSJ-nin hücumçusu Mauro İkardi karyerasını “River Pleyt”də davam etdirmək fikrində deyil.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, İkardi bu yay Argentinaya qayıtmayacaq. Argentinalı futbolçu PSJ-də qalmaq istədiyi üçün heç kimlə danışıqlar aparmayıb.
İkardi ötən mövsüm PSJ-nin heyətində 30 oyuna çıxıb və 5 qol vurub. Onun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin