İkardi Premyer Liqa klubuna keçir – 12 milyon avroya
“Fulhem” PSJ-nin hücumçusu Mauro İkardi ilə müqavilə imzalamağa yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, transfer məbləği təxminən 12 milyon avro olacaq. PSJ daha 3 milyon avronu müxtəlif bonuslar kimi ala bilər. İkardiylə “Fulhem” arasında müqavilə ilə bağlı danışıqlar son mərhələyə çatıb.
Argentinalı hücumçu bu mövsüm Türkiyə “Qalatasaray”ında icarə əsasında çıxış edir. İkardi “cim-bom”un heyətində 21 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.
30 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. İkardi 2019-cu ildən Paris klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin