
İkardi məşqlərə başlayıb
“Qalatasaray”ın bir müddətdir zədədən əziyyət çəkən hücumçusu Mauro İkardi məşqlərə başlayıb.
Komanda.az “NTV Spor”-a istinadən xəbər verir ki, argentinalı forvard komandanın bugünkü məşqində iştrak edib.
Onun Super Liqanın 21-ci turunda, yanvarın 21-də “Trabzonspor”la keçiriləcək oyunda meydana çıxacağı gözlənilir.
İkardi Super Liqada “Konyaspor”, “Sivasspor” və “Kayserispor”, kubokda isə “Ümraniyəspor”la oyunu buraxmalı olub.
Super Liqanın 18-ci turunda “Fənərbaxça” ilə matçda zədə alan forvardın üz sümüyündə qırıqlar və ayağında ağrı olduğundan, həkimlər ona bir müddət meydana çıxmamağı məsləhət görüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin