“Ona heç bir futbolçunun imtina etməyəcəyi təkliflər gəlmişdi, amma…” – İkardinin həyat yoldaşı

Uzun müddətdir adı “Napoli” ilə yanaşı çəkilən “İnter”in hücumçusu Mauro İkardi ilə bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçunun həyat yoldaşı və meneceri Vanda Nara, İkardinin “neradzurra”da qalacağını bildirib:

“Napoli”də çox dostumuz var, amma hamı transfer dövrünün əvvəlindən İkardinin seçimini bilir. Düşünürəm ki, İkardi “İnter”də qalacaq. O, bu klubdakı dövrünün bitmədiyinə inanır. Ona heç bir futbolçunun imtina etməyəcəyi təkliflər gəlmişdi, amma Mauro “İnter” üçün hamısından imtina etdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button