PSJ geri çəkildi, meydan “Real”a qaldı

Fransanın PSJ klubu “Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Halandın transferindən vaz keçib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu “İnter”dən Mauro İkardini transfer etməsindən sonra norveçli futbolçunun keçidindən imtina edib. Klub artıq digər mövqelər üçün transferlər etmək niyyətindədir.

Artıq Haland üçün əsas namizədin “Real” olduğu bildirilir.

19 yaşlı futbolçunun Dortmund klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button