İK-nin iclasından sonra brifinq və mətbuat konfransı keçirilməyəcək
Sabah – dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, AFFA-nın rəsmi saytı iclasdan bir gün öncə maraqlı açıqlama yayıb.
Qeyd olunur ki, iclasda qəbul olunacaq qərarlar qurumun rəsmi saytında – affa.az-da yerləşdiriləcək. İclasdan sonra brifinq və mətbuat konfransının keçirilməsi isə nəzərdə tutulmayıb.
Xatırladaq ki, gündəlikdə 13 məsələyə baxılacaq:
- Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105×68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
- Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
- Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
- “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
- AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
- AFFA-nın “Feyr Pley” mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
- “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi
- AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
- “Elit Məşq” kitabı ilə bağlı məlumat
- AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
- “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
- AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin