İdmanın ən çox qazananları SİYAHI
“Forbes” jurnalı ən çox qazanan idmançıların siyahısını hazırlayıb.
Komanda.az xəbər verir ki, siyahıda ilk yeri tennisçi Rocer Federer tutub. Tennisçi ildə 106,3 milyon dollar qazanır.
Siyahıya görə, ən çox qazanan ikinci idmançı 105 milyon dollarla Kriştiano Ronaldodur. Lionel Messi isə 3-cü yerdə qərarlaşıb.
Siyahıda yer alan ilk 10 idmançını təqdim edirik:
1. Rocer Federer (tennis): 106,3 milyon dollar
2. Kriştiano Ronaldo (futbol): 105 milyon
3. Lionel Messi (futbol): 104 milyon
4. Neymar (futbol): 95,5 milyon
5. Lebron Ceyms (basketbol): 88,2 milyon
6. Stefan Karri (basketbol): 63, 9 milyon
7. Kevin Durant (basketbol): 63,9 milyon
8. Tayqer Vuds (qolf): 62,3 milyon
9. Kirk Kazins (Amerika futbolu): 60,5 milyon
10. Karson Vents (Amerika futbolu): 59,1 milyon
Bizi Facebook-da izləyin