“Aparıcı oyunçular zədələnmək qorxusundan milli komandaya dəvətlərə məhəl qoymurlar”

“Bayern”in fəxri prezidenti Uli Höness futbolçuların sıx iş qrafikini tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Futbolumuz uzun müddət çiçəklənməyəcək. İnsanın imkanları məhduddur. Və belə davam edərsə, oyunçular sonda sadəcə bunun öhdəsindən gələ bilməyəcəklər. Təzyiq bizdən, klublardan və futbolçulardan gəlməlidir. Buna görə də, başa düşürəm ki, aparıcı oyunçular zədələnmək qorxusundan milli komandaya dəvətlərə məhəl qoymurlar”.

Daha əvvəl əksər futbolçuların oyunların çoxluğundan razı olmadığı məlum olub. “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri 2024-cü ilin sentyabrında oyunçuların sıx iş qrafikinə görə tətil edə biləcəyini söyləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button