“İdman” TV açıqlama yaydı

“İdman” TV “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmamasının səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, kanal “feysbuk” səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, matçın yayımlanmaması texniki problemlə əlaqədardır: “Əziz izləyicilər, texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” görüşünü yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxıb. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”

İkinci hissəsi davam edən oyunda “Qarabağ” 2:0 hesabı ilə öndədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button