İdman direktoru oldu – karyerasını bitirən futbolçu

Bir neçə gün əvvəl futbolçu karyerasını bitirdiyini açıqlayan Bruno Alveşin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi AEK klubunda çalışacaq. Bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb. Alveş AEK-in idman direktoru təyin olunub.

Son klubu Yunanıstan “Apollon”u olan Alveş daha əvvəl Rusiyada “Zenit”, Türkiyədə “Fənərbaxça”, Portuqaliyada “Portu”, İtaliyada “Parma”da çıxış edib. O, Portuqaliya millisində 96 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button