İdman Arbitraj Məhkəməsi Etonun xeyrinə qərar verib

İdman Arbitraj Məhkəməsi (CAS) Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Etonun Afrika Futbol Konfederasiyası (CAF) ilə onun təşkilatın İcraiyyə Komitəsinə seçkilər üçün namizədlər siyahısından çıxarılması ilə bağlı mübahisəsində sabiq futbolçunun xeyrinə qərar çıxarıb.

Komanda.az xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Yanvarın 25-də CAF İcraiyyə Komitəsinin İdarəetmə Komitəsi Etonu uyğun olmayan namizəd elan edib və onu seçkidən kənarlaşdırıb.

CAS, Etonun martın 12-də təşkilatın Fövqəladə Baş Assambleyasında keçiriləcək CAF İcraiyyə Komitəsinə seçkilər üçün namizədlər siyahısına daxil edilməsi barədə qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button