
Balotelli Birləşmiş Ərəb Əmirliklərində oynaya bilər
Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Dubayın ikinci divizion təmsilçisi “Palm Siti” italiyalı forvardla ciddi şəkildə maraqlanır.
Klub yaxın illərdə iddialı layihə qurmağı planlaşdırır və İtaliya millisinin sabiq üzvünü komandaya cəlb etmək niyyətindədir.
35 yaşlı Balotelli bu ilin yayında “Cenoa”dan ayrılıb və o vaxtdan azad agent statusundadır. O, karyerası ərzində “Adana Dəmirspor”, “Sion”, “Monza”, “Breşiya”, “Marsel”, “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti” və “İnter” kimi komandaların formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



