
İddiaçılar Turniri: Rəcəbov Karuanaya qarşı
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, 35 yaşlı şahmatçı 13-cü turda ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
12 turdan sonra 6 xala malik Rəcəbov Karuana ilə birlikdə 5-6-cı yerləri bölüşdürür. O, turnirin qalibi olma şanslarını itirib.
Turnir cədvəlinə 8,5 xalla rusiyalı Yan Nepomnyaşi başçılıq edir. O, bu gün macarıstanlı Rixard Rapportla heç-heçə etsə, ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin