İddia: “Real”ın oyunundakı VAR hakimi işindən həmişəlik uzaqlaşdırılacaq

İspaniya Kral Futbol Federasiyası və Hakimlər Komitəsi La Liqanın 35-ci turunun “Valensiya” – “Real” (1:0) matçında baş verən hadisələrə münasibət bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, video köməkçi hakim (VAR) İqnasio İqlesias Villanueva baş hakim Rikardo de Burqos Benqoeçeanı “Real”ın oyunçusu Vinisius Juniorun qırmızı vərəqə aldığı epizodda düzgün məlumatlandırmayıb.

Nəticədə, “kral klubu” meydanda azlıqda qalsa da, “Valensiya”nın hücumçusu Huqo Duro heç bir cəza almayıb.

İspaniya nəşri iddia edir ki, 47 yaşlı Villanueva VAR hakimi kimi vəzifəsindən həmişəlik uzaqlaşdırılacaq.

Eyni zamanda, daha 5 video köməkçi hakimlə müqavilələr yenilənməyəcək. Onların arasında 47 yaşlı Xavyer Estrada Fernandes və 48 yaşlı Xose Luiz Qonzales-Qonzales də var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button