La Liqa klubu “Milan”ın müdafiəçisini transfer edə bilər

“Milan”ın müdafiəçisi Teo Hernandes karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, “Atletiko” 25 yaşlı futbolçunu transfer etməkdə iddialıdır.

Hazırda La Liqa klubunun maliyyə problemləri var. Paytaxt təmsilçisi fransalı oyunçunun keçidini rəsmiləşdirmək üçün 80 milyon avro xərcləməkdə çətinlik çəkə bilər.

Hernandes 2022/23 mövsümündə Milan klubunun heyətində bütün yarışlar daxil olmaqla 45 oyuna çıxıb, dörd qol vurub və beş məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button