Levandovski “Fənərbaxça”ya keçəcəyi haqda deyilənlərə aydınlıq gətirib

“Barselona”nın hücumçusu Robert Levandovski “Fənərbaxça”ya keçə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Türkiyə klubu bir müddət əvvəl Joze Mourinyonun baş məşqçi təyin olunduğunu açıqlayıb. Bir neçə gün əvvəl ortaya çıxan söz-söhbətlərə görə, “Fənərbaxça”nın növbəti hədəfi “Barselona”dakı gələcəyi şübhə altında olan Levandovski ola bilər.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, polşalı forvard bu barədə heç nə bilmədiyini söyləyib:

“Fənərbaxça” məni transfer etmək istəyir? Bu barədə heç nə bilmirəm”.

Robert Levandovski qarşıdakı transfer pəncərəsində “Barselona”dan ayrılmayacağını dəfələrlə bəyan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button