İddia: Sautqeyt “Mançester Yunayted”in təklifini qəbul etməyəcək

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt “Mançester Yunayted”dən təklif gələcəyi halda belə, onu qəbul etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Son günlər mediada Sautqeytin adı “qırmızı şeytanlar”la hallanır. Buna səbəb isə baş məşqçi Ruben Amorimin uğursuz nəticələr fonunda üzərində artan təzyiqdir. Ancaq 54 yaşlı Sautqeyt yaxın vaxtlarda yenidən məşqçiliyə qayıtmaq niyyətində deyil.

“Mançester Yunayted” hələlik Sautqeytlə heç bir əlaqə saxlamayıb. O, AÇ-2024-dən sonra İngiltərə yığmasından ayrılıb və hazırda işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button