Qurban Qurbanovdan ruslara “yox” – Türkiyənin böyük klublarından təklif gözləyir

Rusiya mətbuatında “Spartak”ın “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova maraq göstərdiyi iddia olunmuşdu.

Ancaq Komanda.az “Legalbet”-ə istinadən xəbər verir ki, Moskva klubu azərbaycanlı mütəxəssislə heç bir təmas qurmayıb.

Qurbanovun özü də Rusiyada işləmək fikrində deyil. Bildirilir ki, o, “Qarabağ”dan yalnız Türkiyənin böyük klublarından təklif alacağı halda ayrılmağa hazırdır.

53 yaşlı mütəxəssis 2008-ci ildən “Qarabağ”a rəhbərlik edir. Onun komandası hazırda Azərbaycan Premyer Liqasında 10 oyundan sonra 23 xalla turnir cədvəlində lider mövqedədir.

“Qarabağ” UEFA Çempionlar Liqasında isə 4 turdan sonra 7 xal toplayıb və 36 komanda arasında 15-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button