İddia: Ronaldo onu otağına çağırıb, cinsi əlaqədə olub – FOTO
Georgilaya kimi tanınan Venesueladan olan bloqqer “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilə cinsi əlaqədə olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qız 25 mart 2022-ci ildə Portuqaliyadakı bir oteldə 38 yaşlı futbolçu ilə intim münasibətə girdiyini bildirib. Georgilaya Ronaldonun ona mesaj yazaraq otağına dəvət etdiyini iddia edib:
“Mesajı oxuyanda düşündüm ki, ora getsəm, sadəcə danışarıq, bir-birimizi daha yaxından tanıyarıq, bəlkə, daha çox şəkil çəkdirərəm. Bu vəziyyətdə cinsi əlaqə olacağını düşünmürdüm. Fakt budur ki, bu baş verdi. Bu, mənim razılığımla baş verdi. Amma buna baxmayaraq, Kriştianonun şöhrətinə və gücünə görə manipulyasiya edildiyimi hiss etdim”.
Ronaldonun sözçüsü qızın ifadələrinin “yalan və böhtan” olduğunu bildirib.
Kriştiano 2016-cı ildən Corcina Rodriqeslə münasibətdədir. Rodriqes 2017-ci ilin payızında Ronaldonun qızı Alananı dünyaya gətirib.
Bizi Facebook-da izləyin