Uilyamsın adını “Real”la qəsdən hallandırırlar?

Son günlər mətbuatda Nikо Uilyamsın “Real”a keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, klub 22 yaşlı vingeri transfer hədəfi kimi nəzərdən keçirmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” “Atletik”in futbolçusuna heç vaxt maraq göstərməyib.

“Real”la danışıqlar barədə şayiələr əsasən “Atletik” rəhbərliyi və Uilyamsın ətrafı tərəfindən bazarda onun cəlbediciliyini artırmaq məqsədilə yayılır. Bundan əvvəl onun adı “Barselona” ilə də hallanırdı və o, kataloniyalıların hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab olunurdu. Ancaq maliyyə çətinlikləri səbəbindən “Barsa” bu transferdən imtina edib.

İspaniyalı futbolçu 2024/25 mövsümünü La Liqada 29 oyunda 5 qol və eyni sayda məhsuldar ötürmə ilə başa vurub. Onun “Atletik”lə müqaviləsində 58 milyon avro dəyərində sərbəstqalma bəndi mövcuddur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button