İddia: Rapinya bu gün “Barselona”nın futbolçusu olacaq
“Lids”in hücumçusu Rapinya bu gün “Barselona”ya qoşulacaq.
Komanda.az RAC1-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ABŞ-a mövsümöncəsi turda Kataloniya təmsilçisi ilə səfər üçün bütün lazımi sənədləri hazırlayıb. Daha əvvəl “Lids”in Rapinyanın transferi üçün “Barselona”nın təklifini qəbul etdiyi bildirilirdi.
Rapinya Kataloniya klubu ilə 2027-ci ilə qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 25 yaşlı braziliyalının transferi ilə bağlı danışıqlar son mərhələdədir.
Rapinya ötən mövsüm “Lids”in heyətində 35 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Lids”lə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin