
İsveçli hücumçu seçimini edib
Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş gələcək karyerası ilə bağlı qərar verib.
İngiltərə Premyer Liqasının iki top-klubu – “Arsenal” və “Mançester Yunayted” 27 yaşlı forvardla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçu artıq yaxın çevrəsinə hansı klubu seçdiyini bildirib. O, ailəsinə və dostlarına “Arsenal”a keçməyi planlaşdırdığını deyib.
“Mançester Yunayted”in də futbolçuya marağı var, onun “Sportinq”in sabiq baş məşqçisi Ruben Amorimlə münasibətləri yaxşıdır. Amma “Arsenal” ona həm UEFA Çempionlar Liqasında oynamaq, həm də yeni mövsümdə çempionluq uğrunda mübarizə aparmaq imkanını təklif edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



