İddia: “Qarabağ” Musa Qurbanlını geri qaytarmağa çalışır
İsveç mətbuatında “Yurqorden”in bu yay satılacağı təqdirdə, azərbaycanlı hücumçu Musa Qurbanlı üçün tələb edə biləcəyi məbləği açıqlanıb.
Komanda.az “fotbolldirekt”-ə istinadən xəbər verir ki, “Yurqorden” 9-10 milyon İsveç kronu (təxminən 1,4-1,5 milyon manat) müqabilində Azərbaycan millisinin hücumçusunu buraxmağa hazırdır.
Klub istədiyini almasa, Qurbanlını icarəyə verəcək. İsveç mətbuatının iddiasına görə, “Qarabağ” keçmiş futbolçusunu geri qaytarmaq üçün əlindən gələni edir.
22 yaşlı futbolçu ötən yay Azərbaycan çempionunun düşərgəsindən İsveç klubuna keçmişdi. Onun “Yurqorden”lə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin