İddia: “Neftçi” Mutu ilə yollarını ayırıb

“Neftçi” klubu rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib.

Komanda.az xəbər verir ki, Mutu Azərbaycan kubokunda “Qaradağ Lökbatan”la matçdan öncə ölkəsinə yollanıb.

Klubdan Mutunun anasının vəfatı ilə əlaqədar vətəninə yollandığı deyilsə də, Premyer Liqanın 17-ci turunda “Qarabağ”a məğlubiyyətdən sonra rəhbərlik onunla yolları ayırmaq barədə qərar qəbul edib. Rumıniyalı çalışdırıcının köməkçiləri isə bu gün “Kəpəz”lə matçdan sonra vətəninə yollanacaq. (“Qafqazinfo”)

“Kəpəz”lə matç onlar üçün sonuncu olacaq. “Neftçi” rəhbərliyi artıq yeni məşqçi axtarışındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button