İddia: Mutu “Neftçi” ilə anlaşıb! – İllik qazancı da məlumdur

Rumıniyalı mütəxəssis “Neftçi”nin baş məşqçisi olmaq təklifini qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə “Gazeta Sporturilor” məlumat yayıb.

Məlumatda bildirilib ki, Mutu çalışdığı “Rapid” (Buxarest) klubu ilə anlaşmasını ləğv edib və “Neftçi”nin hazırlıq keçdiyi Rusiyaya yola düşüb.

Xəbərdə deyilir ki, Mutu “Neftçi”də ilinə 650 min avro qazanacaq. Onun “Rapid”də illik qazancı 150 min avro olub.

“İnter”, “Çelsi”, “Yuventus” və “Fiorentina” kimi klublarda oynamış Mutu məşqçi kimi “Voluntari”, “Əl Vəhdə” (U-21), Rumıniya (U-21) və “Krayova” komandalarını da çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button