Mbappe və anası Fransa mətbuatından narazıdır

Kilian Mbappe noyabrdakı təlim-məşq toplanışı üçün Fransa millisinə dəvət almayıb.

Mbappe ilə millinin baş məşqçisi Didye Deşam arasında ciddi gərginlik yaşandığı barədə məlumat yayılıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Mbappenin agenti və anası Fayza Lamari Fransa mediasından məyus olduğunu bildirib. O, mətbuatın 25 yaşlı futbolçunun reputasiyasına xələl gətirmək üçün kampaniya apardığını hiss edir. Nəticədə, Mbappe və anası “biz dünyaya qarşı” kimi təsvir edilən bir yanaşma tutublar.

Mbappenin daha əvvəl “Real”ın baş məşqçisi Karlo Ançelottiyə qarşı narazılığı olduğu da bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button