
İddia: “Fənərbaxça” “Zirə”nin futbolçusunu istəyir
“Zirə”nin futbolçusu Salifu Suma Türkiyə klubuna keçə bilər.
Komanda.az xəbər verir ki, söhbət “Fənərbaxça”dan gedir. Bu iddianı Qvineyanın “imedias.net” portalı irəli sürüb. Qvineyalı həmkarlarımızın yazdığına görə, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Sumanı sərəncamında görmək istəyir. Hətta İstanbul klubunun qvineyalı futbolçu üçün “Zirə”yə 800 min avro ödəyəcəyi də gözlənilir. Artıq tərəflər arasında ilkin təmasların olub və transferin reallaşmaq ehtimalı yüksəkdir. Türkiyə klubu cari mövsümün sonuna kimi bütün məsələləri həll etmək niyyətindədir.
Daha əvvəl Sumanın Bolqarıstanın ÇSKA klubuna keçmək ehtimalının yüksək olduğu bildirilirdi. Futbolçunun “Zirə” ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin