İddia: De Yonq tezliklə İngiltərə klubuna keçəcək

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq yaxın vaxtlarda “Mançester Yunayted”ə keçəcək. Tərəflər yaxın vaxtlarda danışıqlar aparacaq və orada sövdələşmənin yekun detalları barədə razılığa gələcəklər.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb. Mənbənin məlumatına görə, “Ayaks”da de Yonqla birlikdə çalışmış “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq futbolçu ilə danışıb, onu İngiltərə klubuna keçməyə razı salıb.

Daha əvvəl bildirilmişdi ki, 25 yaşlı niderlandlı futbolçu komandanın 2022/2023 mövsümündə Çempionlar Liqasında iştirak etməməsi səbəbindən “Mançester Yunayted”ə keçməkdən imtina edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button