İddia: ÇL-in final oyunu Rusiyadan alına bilər

UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindən alına bilər.

Komanda.az “Mirror”a istinadən xəbər verir ki, buna səbəb Rusiya və Ukrayna arasında artan münaqişədir.

Çempionlar Liqasının finalına ev sahibliyi etmək 70 milyon avroya başa gəlir. “Qazprom Arena”ya əsas alternativ İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionu göstərilir.

UEFA-nın lazım gələrsə, fövqəladə hallar planı hazırlamaqdan ötrü Ukrayna böhranını yaxından izlədiyi bildirilir.

Ötən mövsüm Çempionlar Liqasının finalı oyuna üç həftə qalmış Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyanın Portu şəhərinə verilmişdi.

Cari mövsümün final matçı mayın 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button