
İddia: Belarus millisinin baş məşqçisi Azərbaycan klubundan təklif alıb
Belarus milli komandasının baş məşqçisi Karlos Alos postundan ayrılaraq Azərbaycan klubuna keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə Belarusun “Uxo” telekanalı məlumat yayıb.
49 yaşlı mütəxəssisin hansı komandadan olduğu açıqlanmasa da, ölkəmizdən təklif aldığı bildirilib.
Alosun gələcəyi ilə bağlı yekun qərar Belarus Futbol Federasiyasının yeni prezidentinin kimliyi bəlli olduqdan sonra veriləcək.
49 yaşlı məşqçi “Poqon”(Polşa), Qazaxıstan U-17, “Kayrat”, “Rabat” (Mərakeş), “Qətər” (Qətər), “Enosis Neon Paralimni” (Kipr), Ruanda komandalarında işləyib. O, 2023-cü ildən Belarus millisinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin