“Barselona” de Yonqu 65 milyon avroya satmağa razılaşıb
“Mançester Yunayted” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməyə yaxındır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” 25 yaşlı niderlandlını 65 milyon avroya almaq üçün kataloniyalılarla şərti razılığa gəlib. Müqaviləyə futbolçunun performansından asılı olaraq potensial bonus ödənişləri daxildir.
Tərəflər transferin təfərrüatları ilə bağlı danışıqları davam etdirirlər. Lakin xəbərdə iddia edilir ki, klublar arasında yekun razılaşma ehtimalı kifayət qədər yüksəkdir.
De Yonq 2021/22 mövsümündə “Barselona”nın heyətində 46 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin