
“Real” hakimlərin “Atletiko”ya “işlədiyini” iddia edir
“Real”ın klub telekanalı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticələrini şərh edib.
Karlo Ançelottinin komandası İspaniyanın digər klubu “Atletiko” ilə qarşılaşacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun televiziyasında “Atletiko”nun VAR sisteminin tətbiqindən sonra hakimlərdən ən çox yardım alan klub olduğu bildirilib:
“Atletiko” VAR sisteminin tətbiqindən sonra hakimlərdən ən çox yardım alan klubdur”.
Madrid komandaları arasında ilk qarşılaşma martın 4-də baş tutacaq. Cavab matçı isə martın 12-nə təyin edilib.
“Atletiko” Çempionlar Liqasının 1/8 finalına birbaşa yüksəlib, “Real” isə pley-off matçlarında “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb (3:2, 3:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin