Sabiq futbolçu Amorimi tənqid etdi – Reşforda görə

İngiltərə millisinin və “Arsenal”ın sabiq futbolçusu Pol Merson “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimin hücumçu Markus Reşforda münasibəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Amorimin ideyalarının tükəndiyini bildirib:

“Amorimin ideyaları tükənir. Mən onun Reşfordla necə rəftar etdiyinə təəccüblənirəm. Onun işi Reşforda görə təhlükə altındadır. O, “Aston Villa”da 10 qol vursa, hamı Amorimin qərarından narazı qalacaq”.

27 yaşlı Reşford qış transfer pəncərəsi zamanı cari mövsümün sonuna kimi icarə əsasında “Aston Villa”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button